“Qarabağ” son 5 ildə avrokuboklarda qazandığı nəticələrlə klub reytinqindəki vəziyyətini xeyli yaxşılaşdırıb.
11 qat Azərbaycan çempionu 29 əmsal xalı ilə 427 klub arasında 54-cü sırada qərarlaşıb.
Təmsilçimiz ötən mövsüm aktivinə 11 xal yazdırmaqla özünün avrokubok tarixinin rekorduna imza atıb.
“Köhlən atlar” bu göstərici ilə “böyük beşlik” çempionatlarının iştirakçıları “Frayburq” (58), “Monako” (65), “Union Berlin” (67), “Lester” (68), “Lyon” (70), “Aston Villa” (80), “Brayton” (81), “Nyukasl” (82), “Nitsa” (83), “Bolonya” (90), “Atletik Bilbao” (93), “Osasuna” (95), “Volfsburq” (102) kimi klubları qabaqlayır.
“Fənərbağça” bu sıralamada 47-ci, “Qalatasaray” 63-cü, “Beşiktaş” 141-cidir.
Azərbaycan təmsilçilərindən “Neftçi” 159-cu, “Sabah” 295-ci, “Sumqayıt” 299-cu, “Zirə” 316-cı sırada qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

