“Qarabağ” risk etsə, onları meydanda cəzalandıra bilərik"

26 Avqust 2024 22:40 Qarabağ 750
“Qarabağ” risk etsə, onları meydanda cəzalandıra bilərik"

"Qarabağ" ilk dəqiqələrdən təzyiq göstərəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

Komandanın rəsmi saytına danışan mütəxəssis onları çətin görüşün gözlədiyini deyib:

"Azərbaycanda çox rütubətli hava şəraiti mövcuddur. Bizim üçün çətin olacaq.

"Qarabağ" ciddi komandadır. İlk oyunda gördük ki, bəzi epizodlarda bəxtimiz gətirdi.

Qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq. "Qarabağ" ilk dəqiqələrdən təzyiq göstərəcək.

Rəqib komanda risk etsə, onları meydanda cəzalandıra bilərik".

Avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti