“Qarabağ” səfərdə “Ludoqorest”i darmadağın etməklə (7:2) Çempionlar Liqasının pley-offuna vəsiqə qazandı.
Sportinfo.az xəbər verir ki, Bolqarıstan təmsilçinin məğlubiyyəti bu ölkənin idman mediasında xaos yaradıb. Həmkarlarımız birağızdan “qartallar”ı tənqid edir.
“Topsport.bg” saytının əməkdaşı Aleksandr Lindarev də bu sıradadı. Jurnalist razqradlıların uduzmasını belə təsvir edib:
“Fəlakət! Alçaldılma! Ayıb! Bəli, “Ludoqorets” Razqradın ortasında fəlakətlə üzləşdi. İlk oyunda qalib gələn komanda öz stadionunda dünyada biabır oldu!
“Qartallar” ilk oyunda qalib gəlmişdi. İkinci matç evdə, “doğma divarlar” arasında, minlərlə azarkeşinin gözləri qabağında keçirildi.
“Qarabağ”ın bir neçə əsas oyunçusu zədələndi və meydanı tərk etdi. Ancaq heç nə qonaqlara mane olmadı.
Onlar “Ludoqorets”i biabır etdi! Azərbaycanlılar əla idi. Abdulla Zubirin oyunu oxuması, Juninyonun dəqiq zərbələri, Toral Bayramovun “bombası”, Patrik Andradenin səkən zərbəsi, Yassin Benzyanın penaltisi...
“Ludoqorets” indi Avropa Liqasının pley-offuna köklənməlidi”.

