“Qarabağ”a çox hörmətlə yanaşmalı, özümüzdən zəif qəbul etməməliyik"

25 Avqust 2024 21:40 Qarabağ 997
“Qarabağ”a çox hörmətlə yanaşmalı, özümüzdən zəif qəbul etməməliyik"

"Düşünmürəm ki, hər şey həll olunub”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb "Dİnamos"unun yarımmüdafiəçisi Marko Pyatsa deyib.

"Yuventus"un sabiq üzvü Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab matçı haqda danışıb.

O, Zaqrebdə qeydə alınan 3:0 hesablı qələbəyə baxmayaraq, Bakıda çox ehtiyatlı oynamalı olduqlarını söyləyib:

"Qarabağ" nə qədər yaxşı komanda olduğunu göstərdi. Mütləq özümüzə inanmalıyıq. Amma onları bizdən zəif qəbul etməməliyik.

"Qarabağ"ın ilk hissədə çox imkanları oldu. Cavab matçı ərəfəsində rəqibə çox hörmətlə yanaşmalıyıq".

"Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti