"Qarabağ" daha bir aparıcı futbolçusunun xidmətindən məhrum oldu

25 Avqust 2024 01:50 Qarabağ 5 694
"Qarabağ" daha bir aparıcı futbolçusunun xidmətindən məhrum oldu

Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.

Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb.

Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.

"Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!