Xorvatiya mətbuatı “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Cakarovu diqqət mərkəzinə gətirib.
Sportinfo.az xəbər verir ki, “germanijak.hr” bolqarıstanlı yardımçının baş məşqçi Qurban Qurbanova ciddi problem yaratdığını iddia edib.
Sayt yazıb:
"Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Cakarov komandanın məşq yükünü artırıb. Mütəxəssis hər dəqiqədən istifadə edir və futbolçular ancaq çalışır.
Hətta oyun günü də! Yəqin ki, onların təzyiqə tab gətirməyərək zədələnməsinin səbəbi budur. Buna görə komandanın məhsuldarlığı bəzən əks-məhsuldarlıqla nəticələnir.
Baxmayaraq ki, “Ludoqorets”lə matçda belə olmadı. İndi Cakarov Qurban Qurbanovu çətin vəziyyətdə qoyub.
Azərbaycanlının “Bayer 04”ə qarşı oynatdığı futbolçular meydana çıxa bilməyəcək. Çudomir isə özüylə qürur duya bilər.
Görünür, “Qarabağ” “Ludoqorets”ə 7 qolu məhz onun memarı olduğu fiziki hazırlıq sayəsində vurub.
Sonuncu sual isə hələ də aktualdır. Cakarovun hazırladığı oyunçular “Dinamo”ya qarşı sona qədər tab gətirə biləcəkmi?”.

