«Qarabağ»ın gün səhər saatlarında Azərbaycana gətirdiyi Emmanuel Addai ilə neçə illik müqavilə imzalayacağı bəlli olub.
“Alkonkon”dan dəvət edilən yarımmüdafiəçi qarşıdakı 3 ili ölkəmizdə keçirəcək.
Qanalı legionerin çıxışı «köhlən atlar»I qane edərsə, sözləşməsi daha 1 il uzadılacaq.
Addainin 23 yaşı var. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun çox bəyəndiyi vinger “JMG Akademi”nin yetirməsidir. 2021-2022-ci illəri Fransada keçirib. “Bobiqni”nin formasını geyinib.
2022-ci ildən üzü bəri isə karyerasını İspaniyada davam etdirib. Ötən müddətdə “Alkonkon”un heyətində Sequndada 52 matça çıxıb və 5 qol vurub.
Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı «Yurdorden»dən (İsveç), Şahruddin Məhəmmədəliyev «Adana Demirspor»dan (Türkiyə) geri qayıdıb.
Sadiq Məmmədzadə «Səbail»dən, Fabiyan Buntiç «Vizela»dan (Portuqaliya) və Mateuş Koxalski «Stal»dan (Polşa) transfer olunub.
SPORTİNFO.AZ

