“Qarabağ”a qol vuran “Dinamo”çu: “Şikayət etməyəcəm”

21 Avqust 2024 14:00 Qarabağ 955
“Qarabağ”a qol vuran “Dinamo”çu: “Şikayət etməyəcəm”

"Yaxşı oyun, yaxşı nəticə oldu, rəqib hücumlara atılanda daha çox qol vura bilərdik.

Şikayət etməyəcəm, bu, yaxşı nəticədir. Bakıya böyük inamla gedirik".

Sportinfo.az "sportske"yə istinadən xəbər verir ki, bu sözləri Zaqreb "Dİnamos"unun üzvü Marko Pyatsa Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ev oyunundan (3:0) sonra deyib.

İlk qolu vuran xorvatiyalı yarımmüdafiəçi buna görə xoşbəxt olduğunu bildirib:

"Maksimirə qayıtdıqdan sonra rəsmi oyunda ilk qolu vurmaq rahatlıq gətirir Çox xoşbəxtəm.

Ən çox da komandaya görə.sevinirəm. Mövsümün ilk avrokubok oyununda “Maksimir”də qol vuruduğum üçün şadam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti