Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu “Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olub.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Qarabağ” (Azərbaycan) 3:0
Qollar: Marko Pyatsa, 30, Sandro Kulenoviç, 75, 80

