"Qarabağ" manyak komandadır"
Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı «Ludoqorets»i Çempionlar Liqasından uzaqlaşdıran «köhlən atlar»a tərif yağdırıb.
Ağdam klubunun Bolqarıstan zəfəri barədə emossional çıxış edən Rzayev bildirib ki, «Barselona» və «Arsenal» kimi Avropa nəhəngləri səfərdə «Lodoqorets»ə 7 qol vurmağı bacarmayıb.
Aparıcı Azərbaycan çempionunu hər kəsi təəccübləndirməkdə davam edir:
«Mən bu isti avqust günlərinin bitməsini istəməzdim. Siz kimsiz, nəçisiz, insanmısız?
Manyakmısız? İstək var, romantika var. «Qarabağ»ın avrokubok macərasının bitməsini istəmirəm».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

