"Dinamo" ilə oyun öncəsi Zubirdən iddialı açıqlama

19 Avqust 2024 22:15 Qarabağ 1 926
"Dinamo" ilə oyun öncəsi Zubirdən iddialı açıqlama

"Zaqrebdə olmağa çox şadam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə baş tutacaq ilk matçından əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"ın kapitanı Abdullah Zubir deyib.

O, məqsədlərinin qrup mərhələsində iştirak etmək olduğunu sözlərinə əlavə edib: "Biz sabaha tam hazırıq. İlk mərhələdən məqsədimiz pley-offa vəsiqə qazanmaq idi. Və artıq bu mərhələdə sabah ilk oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu şansdan faydalanaq. Və qrup mərhələsinin qapısını bir az da açaq".

Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti