“Bağışlayın! Bizi öldürməyən hər şey bizi gücləndirir”

19 Avqust 2024 23:20 Qarabağ 1 353
“Bağışlayın! Bizi öldürməyən hər şey bizi gücləndirir”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan “Ludoqorets” antirekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyadan "Spartak"a (Moskva) 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb.

Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub. Klub, həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.

“Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets”ı iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək, pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu raunnda Xorvatiyadan "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.

Acınacaqlı məğlubiyyətin şokundan yavaş-yavaş ayılan “Ludorets” azarkeşlərini müraciət etməyi lazım bilib.

Klubun “Qarabağ”dan alınan 2:7-yə görə yazılan üzrxahlıq mesajında bu sözlər yer alıb:

“İsti dəstəyə görə sağ olun! Çətin vaxtlarda komandanı necə dəstəkləməyin lazım olduğunu göstərən adamlara təşəkkür edirik.

Bağışlayın! Bizi öldürməyən hər şey bizi gücləndirir. Yalnız “Ludoqorets!”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti