“Qarabağ”lı qapıçı: “Sözsüz, heç kim bizdən 7 qol gözləmirdi”

19 Avqust 2024 23:00 Qarabağ 1 698
“Qarabağ”lı qapıçı: “Sözsüz, heç kim bizdən 7 qol gözləmirdi”

“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a açıqlama verib.

Əslən xorvatiyalı kiper komandasının Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Ludoqorets” üzərində qazandığı 7:2 hesablı qələbə ilə bağlı danışıb.

O, parlaq qələbəni şərh edib:

“Sözsüz, heç kim bizdən 7 qol gözləmirdi. Biz ora qələbə qazanaraq mərhələni adlamaq üçün getmişdik və bunu da bacardıq.

Xüsusən əlavə 30 dəqiqədə 4 qol vurmağımız məni çox sevindirdi. Bu, “Qarabağ”ın fiziki və ruh gücündən xəbər verir. Komandamızla qürur duyuram”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti