“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Aleksey İsayevin xanımı sosial şəbəkə hesabında paylaşdığı video ilə gündəmə gəlib.
Katya adlı rusiyalı xanım ölkəmizdə fəaliyyət göstərən tanınmış geyim dükanlarının birindən narazılıq edib.
O, almaq istədiyi paltarı geyinmək niyyəti ilə soyunub-geyinmə otağına daxil olub və başının üzərindəki kamera diqqətini çəkib.
Bloger qadın dərhal video hazırlayaraq Bakıdakı sözügedən dükanı ifşa edib, izləyicilərindən bunun nə dərəcədə doğru olduğunu soruşub.
Məlum görüntülər bir neçə xəbər saytında yayımlandıqdan sonra böyük müzakirələrə səbəb olub.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

