“Dinamo”nun baş məşqçisi ondan “Qarabağ”ı soruşubmu?

19 Avqust 2024 00:40 Qarabağ 1 027
“Dinamo”nun baş məşqçisi ondan “Qarabağ”ı soruşubmu?

“Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşmalarından əvvəl ölkəsinin mətbuatına müsahibə verib.

Sportinfo.az “Vecernji List” nəşrinə istinadən xəbər verir ki, o, keçmiş komanda yoldaşı, “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviçin ondan “Qarabağ”la bağlı məlumat almadığını bildirib:

“Ancaq bu, o demək deyil ki, əlaqə saxlamayacaq. Düzü, "Qarabağ"ı yalnız onlarla matçımızdan əvvəl daha intensiv izləməyə və təhlil etməyə başlayıram.

Onların hazırda ən böyük keyfiyyəti Avropada topladıqları zəngin təcrübədir. Komandanı dəyişməyiblər, yalnız qapıçı Andrey Lunyovu Moskva "Dinamo"suna buraxıblar.

Əvəzində bizim Buntiçi (Xorvatiyalı Fabiyan Buntiçi nəzərdə tutur – red.) və polşalı Koxalskini gətiriblər”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”