"Qarabağ" elan verdi, gözləmədiyi izdihamla qarşılaşdı - VİDEO

18 Avqust 2024 21:40 Qarabağ 5 239
"Qarabağ" elan verdi, gözləmədiyi izdihamla qarşılaşdı - VİDEO

"Qarabağ" Futbol Akademiyasında yay seçimləri bu gün start götürüb.

Ağdam klubunun akademiyasına qəbul olmaq üçün yoxlanışda 2010-2018-ci il doğumlu uşaqlar iştirak edib.

Seçimin ilk günündəcə böyük izdiham yaşanıb.

Klub gözləniləndən 2-3 dəfə çox uşağı qapısında görüb.

Belə ki, sınaqdan keçmək üçün nə az, nə çox 1500-ə yaxın uşaq seçimlərin aparıldığı Sərhədçi İdman Kompleksinə axın edib.

Arenanın tribunalarına isə 1000-ə yaxın valideyn cəm olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Yaşananlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”