"Qarabağ”ın yeni qapıçısı Mateuş Koxalski ilə hansı şərtlər daxilində anlaşdığı məlum olub.
"Stal Mielets”dən tarnsfer edilən kiper qarşıdakı 3 ili Azərbaycanda keçirəcək.
“Köhlən atlar” onun çıxışından razı qalarsa, sözləşmənin müddətini daha 1 il uzatmaq hüququna yiyələnib.
24 yaşlı polşalı ölkəmizdəki ilk mövsümündə 250 min avro qazanacaq. Növbəti sezonda bu rəqəm bir qədər də artacaq.
O, "Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından "Stal Mielets”in şərəfini qoruyub. Bunadək "Legionoviya Legionovo”, "Radomyak Radom” və "Legiya"da (Varşava) forma geyinib.
Mateuş Koxalski bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. U-16, U-17, U-18 və U-19 yığma komandalarında da çıxış edib.
SPORTİNFO.AZ

