“Qarabağ” “Ludoqorets”i görün hansı addımı atmağa məcbur etdi!

16 Avqust 2024 10:00 Qarabağ 973
“Qarabağ” “Ludoqorets”i görün hansı addımı atmağa məcbur etdi!

“Qarabağ” Razradda “Ludoqorets”i meydana çıxmağa peşman etdi.

Azərbaycan çempionu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında bolqarları 7:2 hesabı ilə diz çökdürdü.

“Qarabağ”ın 5-ci qolundan sonra azarkeşlər tədricən stadionu boşaltmağa başladısa, 6-cı topdan sonra tribunalarda çox az sayda fanat var idi.

Sözsüz, Avropadakı layiqli təmsilçilərinin darmadağın olması əhvallarını korlamışdı və bir nömrəli klub turniri ilə bu şəkildə vidalaşmaqla qəbullanmırdılar.

Oyun başa çatandan sonra “Ludoqorets” azarkeşləri əsəblərini klubun sosial media səhifələrində yazdıqları şərhlərlə boşaltmağa çalışıblar.

Səhifədə paylaşılan 7:2-ni özündə əks etdirən poster çox keçmədən silinib. Bolqar azarkeşlər rəhbərliyi, baş məşqçini və futbolçuları sözün əsl mənasında topa tutandan sonra admin geri addım atmaq qərarına gəlib.

Qısa müddətdə 3 minə yaxın şərh yazılan paylaşım rəsmi “instagram” səhifəsindən silinib. Təbii ki, klub rəsmiləri bu addımı atmağa azarkeşlərin qəzəbi və tələbi səbəb olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”