COP29

"Qarabağ" yaxşı transfer edib” - Ona bələd olan tanış

16 Avqust 08:30 Qarabağ 4 897
"Qarabağ" yaxşı transfer edib” - Ona bələd olan tanış

Sportinfo.az xəbər verir ki, Qarabağ" "Stal"dan (Mieleç) Mateuş Koxalskinin transferini açıqlayıb.

Onunla bağlı Azərbaycanda çıxış etmiş azsaylı polşalı qolkiperlərdən olan Davit Piterzkeviç sportal.az-a açıqlamasında fikirlərini bildirib.

Hazırda Polşada uşaq qolkiper məktəbinin rəhbəri olan Piterzkeviç Ağdam klubunun transferini tərifləyib:

"Mən də bunu oxudum. Mateuş haqda yalnız xoş sözlər demək olar. Çünki o, həqiqətən də çox yaxşı qolkiperdir.

Ötən sezonu çox yaxşı səviyyədə keçirib. Mateuşun istənilən komandaya xeyir verə biləcəyini, yaxşı qapıçı olduğunu dəqiq söyləmək mümkündür. Ümidvaram ki, “Qarabağ”da da belə olacaq".

"Legiya"nın yetirməsi olan Koxalski "Radomyak" klubunda da çıxış edib. Onun "Stal"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər idi. "Qarabağ" onunla 3+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!