Azərbaycan çempionu üçün belə bir... SON “İMTAHAN”

15 Avqust 2024 04:00 Qarabağ 1 928
Azərbaycan çempionu üçün belə bir... SON “İMTAHAN”

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə oyunlarının vaxtı bilinib.

Sportinfo.az” xəbər verir ki, Azərbaycan çempionu ilk matçını avqustun 20-də Xorvatiyada keçirəcək.

Zaqrebdəki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:45-də başlayacaq.

“Qarabağ” turnirin əvvəlki mərhələlərində “Linkoln” (Cəbəllütariq) və “Ludoqorets”i (Bolqarıstan) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”