“Möhtəşəm nəticədir. Qurban Qurbanovun istədiklərini futbolçuları həyata keçirməyi bacardılar.
Yankoviçlə Veşoviçin əvəzinə meydana daxil olan Patrik Andrade və Mateus Silva topun mərkəzdə qalmağına və sağ cinahda sürətli oyuna imkanlar yaratdılar.
“Qarabağ” ilk növbədə psixoloji, sonra isə fiziki “Ludoqorest”i üstələdi”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Ludoqorets"-"Qarabağ" (2:7) matçı barədə danışıb.
O, komandamızın Bolqarıstanda qazandığı tarixi zəfəri dəyərləndirib.
Bildirib ki, “Ludoqorets"də qapıçı ilə mərkəz müdafiəçiləri arasında koordinasiya zəif olduğundan uzaqdan zərbələr çox önəmli idi:
“İlk hissədə mərkəz müdafiəçilərə edilən basqı öz nəticəsini verdi. Çünki rəqibin mərkəz müdafiəçiləri edilən pressinqdən sonra xaotik vəziyyətə düşürdülər.
Juninyo bu imkandan yararlandı və “klass” hücumçu olduğunu növbəti dəfə nümayiş etdirdi.”
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: