"Qarabağ" Bolqarıstandan zəfərlə qayıdır.
Təmsilçimiz səfər meydanında evdə 1:2 məğlub olduğu "Ludoqorets"in daşını daş üstə qoymadı.
Əsas vaxtda 3:2 önə keçən "köhlən atlar"ın "qol maşını" əlavə vaxtda işə düşdü.
Toral Bayramovun başlatdığı qol şousunu Redon Cica, Patrik Andrade və Yassin Benziya layiqincə davam etdirdi.
Və final fiti sonrası tabloda yazılan hesab hər şeyi artıqlaması ilə izah edirdi - 2:7.
Qazanılan parlaq qələbəni azərbaycanlı futbol azarkeşləri klubun sosial şəbəkələrdəki rəsmi hesablarına yazdıqları yumor dolu şərhlərlə daha da əyləncəli ediblər:
"Mükəmməlsən "Qarabağ".
"Bu oyunun davamını hardan verirlər?"
"Qarabağ" bir az da vursaydı Bolqarıstanla düşmən olacaqdıq".
"Razqrad şəhəri hələ belə biabırçılıq görməmişdi".
"Bəlkə, bir az yavaşlayaq?".
"Ludaqerest"ə 7 günlük matəm".
"Qarabağ"a qəsdən sağlamlığa zərə vurma ilə iş düşür".
"Ludaqorets"in 7-si çıxdı".
"Ürəyi zəif olanlar bu oyunun təkrarına da baxmasın".
XANOĞLAN / SPORTİNFO.AZ

