"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Sportinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.
Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
"Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.
Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.
13 avqust
22:00. “Ludoqorets” – “Qarabağ” 2:7
Baş hakim: Simone Sozza (İtaliya)
Razqrad. “Ludoqorets Arena”.
Qollar: Kvadvo Dua, 13, 23 - Juninyo, 6, Yassin Benzia, 45+1 (pen), 119, Patrik Andrade, 45+5, 111, Toral Bayramov, 94, Redon Cica, 110
İlk matç: 2:1
"Ludoqorets": 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua.
Ehtiyat oyunçular: Padt, Hristov, Nedelev, Tissera, Seko, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev.
Baş məşqçi: Georgi Dermenciyev.
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 27. Toral Bayramov, 24. Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

