
“Qarabağ” transfer bazarındakı səssizliyini yaxın günlərdə pozacaq.
Sportinfo.az bu barədə klubdan yeni informasiya əldə edib.
Redaksiyamıza daxil olan məlumata görə, xeyli müddətdir danışıqlar aparılan legionerlərdən ikisi ilə ilkn razılığa gəlinib.
Onlardan biri hücumçu, digəri isə yarımmüdafiəçidir.
“Köhlən atlılar” şəxsi anlaşma şərtlərində ortaq məxrəcə gəldiyi əcnəbilərin müqavilə ilə məxsus olduğu klublarla görüşmələri də sona çatdırmaq üzrədir.
Önümüzdəki 7-8 gün ərzində yeni transfer xəbərlərinin açıqlanması gözlənilir.