Türkiyə və Kipr klublarından "Qarabağ"a – “Yeni təkliflər olarsa...”

24 May 2022 09:40 Qarabağ 1 414
Türkiyə və Kipr klublarından "Qarabağ"a – “Yeni təkliflər olarsa...”

"Qarabağ"ın icarəyə verdiyi futbolçularla bağlı son duruma aydınlıq gəlib.

Belə ki, ötən ilin yayından "Ankaragücü"də (Türkiyə) çıxış edən Kvabena Ovusu və bu ilin yanvarından AEK-də (Kipr) çıxış edən Qaspar Panadera ağdamlıların yeni mövsüm hazırlığına qoşulacaq.

Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi "Bundan sonra yeni təkliflər olarsa, dəyərləndiriləcək" - deyə, fikrini tamamlayıb.

Kamerunlu Ovusu TFF S Luqa təmsilçisində meydana çıxdığı 23 oyunda 10 qol və 4 asistlə yadda qalıb.

İspaniyalı Qaspar isə Kiprdə keçirdiyi 6 matçda adına 1 qol və 1 məhsuldar ötürmə yazdıra bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti