Məşhur klubu "Qarabağ"a dəyişmək üçün YARIM MİLYON İSTƏYİR

27 Dekabr 2021 10:40 Qarabağ 3 996
Məşhur klubu "Qarabağ"a dəyişmək üçün YARIM MİLYON İSTƏYİR

"Qarabağ" əcnəbi qapıçı axtarışlarına başlayıb.

Səbəb Şahrudin Məhəmmədəliyev və Emil Balayevin əməliyyat olunmalarıdır.

Komandanı Azərbaycan Premyer Liqası, ölkə kuboku və Konfrans Liqasında çox çətin qrafikin gözlədiyini nəzərə alan rəhbərlik yeni qapıçı axtarışına zərurət görüb.

Hazırda uyğun variantlara baxılır. Qısa müddətli və ya mövsümün sonunadək icarə, yaxud şərtlər münasib olarsa, müqavilə bağlanılması planlaşdırılır.

Emil Balayev Almaniyada qarın nahiyəsindən, Şahrudin Məhəmmədəliyev Türkiyədə sağ qolundan əməliyyat olunub.

Balayevin 2022-ci il yanvarın ortalarında, Məhəmmədəliyevin isə 2,5 ay sonra yaşıl meydanlara dönəcəyi gözlənilir. Sonuncu bu səbəbdən Konfrans Liqasının 1/8 final mərhələsində "Marsel"lə oyunlarda çıxış edə bilməyəcək.

Xarici mətbuatda yayılan məlumatlara görə, "Borussiya"nın və İsveçrə millisinin qapıçısı Roman Bürki "Qarabağ"da oynamaq istəyir. O, 2015-ci ildən "Borussiya"nın şərəfini qoruyur.

Dortmund təmsilçisinin heyətində 175 matça çıxıb. Roman Vaydenfellerin əvəzedici kimi komandaya qoşulan qolkiper alman həmkarının karyersını bitirməsindən sonra klubun "1 nömrə"si kimi çıxış edib.

Marvin Hitzin transferindən sonra o, əsas heyətə düşməkdə çətinlik çəkir. Cari mövsümdən digər bir həmyerlisi - Qreqor Kobelin "Borussiya"ya gəlişindən sonra Bürki "1 nömrə"li formanı da itirib.

31 yaşlı qolkiper hazırda klubunda 3-cü qapıçı statusunu daşıyır. Onun bazar dəyəri 2 milyon avrodur.

Bizdə olan məlumata görə, isveçrəli "Qarabağ"a təklif edilən "əlcək sahibləri"nin siyahısında yer alıb. "Borussiya" onun düşərgədən ayrılmasının qarşısını kəsməyəcəyini qapıçıya elan edib.

Romanın bu keçiddən gözlədiyi illik qazanc isə minimum 500 min avrodur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti