“Qarabağ”a kömək üçün bacardığımı etdim" - “Ludoqorets”in qapısına 2 qol vuran

16 Avqust 2024 16:40 Qarabağ 4 796
“Qarabağ”a kömək üçün bacardığımı etdim" - “Ludoqorets”in qapısına 2 qol vuran

“Qarabağ”ın “Ludoqorets” üzərində səfrdə qazandığı parlaq qələbədə Patrik Andrade böyük pay sahibi oldu.

Oyuna sonradan qoşulan yarımmüdafiəçi vaxtilə çıxış etdiyi Bolqarıstanda qeydə alınan 7:2 hesablı qələbəyə 2 qolla töhfə verdi.

Patrik Bakıya qayıdan kimi Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Çox yorğun görünürsən. Sanki 7 top vuran komandanın futbolçusu deyilsən.

- (gülür) Tək mən yox, hamı yorulub. Bolqarıstana gedib-qayıtmaq, 120 dəqiqə mübarizə aparmaq istər-istəməz halsızlıq yaradır. Amma sevincimiz də yerindədir. Sadəcə, sevinmək üçün hələ tezdir. Qarşıda bizi daha vacib iki oyun gözləyir.

- Oyuna möhtəşəm qoşularaq 2 qol vurdun. Pusquda dayanan ovçu kimi şikarını gözləyirdin sanki. O güc, o enerji hardan idi?

- Futbolda başlıca amil öz üzərində işləmək və nəyisə çox istəməkdir. Məşqlərdə çalışıram və baş məşqçimizin şans verdiyi dəqiqələrdə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. “Qarabağ”a kömək üçün bacardığımı etdim, xüsusi nəsə yox idi.

- Vaxtilə Bolqarıstan “Çerno More”sində oynadığın dönəmdə “Huvepharm Arena”da qələbəyə sevinə bilməmişdin. Bu qələbəni ikiqat sevinc saymaq olar?

- Həqiqətən Bolqarıstanda yenidən meydana çıxmaq xoş idi. Onların möhtəşəm azarkeşləri var, “Ludoqorets” də güclü rəqibdir. Orada çox sayda dostlarım var. Onları görmək, həmin stadiondan qələbə ilə ayrılmaq sevinc verdi.

- Oyundan sonra Qurban Qurbanov sənə nə dedi?

- Bu qələbə fərd olaraq kiminsə deyil, bütün komandanın zəhmətinin bəhrəsidir. Ona görə də sözünü ayrı-ayrı şəxslərə yox, ümumi komandaya dedi. Hər birimizi təbrik etdi.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti