"Şaxtyor"un yetirməsi "Qarabağ"la neçə illik müqavilə bağlayıb?

3 Sentyabr 2024 09:40 Qarabağ 6 392
"Şaxtyor"un yetirməsi "Qarabağ"la neçə illik müqavilə bağlayıb?

Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

2022/2023 mövsümündə "Sabah"da çıxış etmiş ukraynalı “Qarabağ”la müqavilə bağlayıb.

Tərəflər arasında 3 illik anlaşma əldə olunub. Razılaşmaya əsasən, yarımmüdafiəçinin kontraktı daha 1 il uzadıla bilər.

Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurmuş 23 yaşlı orta sahə oyunçusu «Şaxtyor»un yetirməsidir.

«Sabah»da da icarə əsasında forma geyinib. 2022-ci ilin martından 2023-cü ilin yayınadək «bayquşlar»ın uğurları üçün tər axıdıb.

Kaşuk 2 aydır azad agent statusu daşıyırdı. İyunun 30-da Donetsk klubu ilə müqaviləsinin müddəti bitib.

Ukraynanın gənclər yığmasının sabiq üzvü avqustdan bəri Bakıdadır. «Qarabağ», «Sabah» və «Zirə»nin avrokuboklarda keçirdiyi matçları stadiondan canlı izləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti