“Qarabağ”a daha çox qol vura bilərdik, amma biz şikayət etmirik”

22 Avqust 2024 02:00 Qarabağ 1 543
“Qarabağ”a daha çox qol vura bilərdik, amma biz şikayət etmirik”

"Dinamo"nun hücumçusu Marko Pyaça Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqrebdə “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Index”ə danışan Zaqreb klubunun qollarından birinin müəlifi cavab görüşünə də toxunub:

"Bu matçda hər şey var idi: çoxlu şanslar və çoxlu qollar. Nəticədən razı qalmalıyıq.

Daha çox qol vura bilərdik. Amma biz şikayət etmirik.

Biz Bakıya inamla gedirik. Lakin hələ heç nə bitməyib.

“Qarabağ” yaxşı komanda olduğunu göstərdi. Cavab oyununa yüngül yanaşmaq olmaz. İlk hissədə rəqibin çoxlu şansları oldu".

"Qarabağ" - "Dinamo" matçı avqustun 28-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti