Qurban Qurbanov: "Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar"

26 Fevral 2021 14:20 Qarabağ 489
Qurban Qurbanov: "Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar"

"Bu məsələni bağlamaq lazımdır".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı sualı bu cür cavablandırıb.

AFFA İntizam Komitəsi Premyer Liqanın XV turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisində baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Kevin Medina aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, kluba isə 3200 manat cərimə tətbiq edilib.

Təcrübəli mütəxəssis bildirib ki, kolumbiyalı legioner klub tərəfindən də cəzalandırılıb:

"Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqni hansı səbəbdən aldığına önəm vermişəm.

Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb.

Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".

Digər Xəbərlər
Xəbər Lenti