Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparıb.
Bu komandaların ilk oyunu bolqarların qələbəsiylə yekunlaşmışdı. Cavab görüşünün əsas vaxtında isə “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib.
Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Bu hissədə daha 4 qol vuran Ağdam klubu darmadağınla pley-offa yüksəlib.
“Qarabağ” ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.
Məğlub olan tərəf – “Ludoqorets” isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi olan moldovanlarla qarşılaşacaq.