Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
“Qarabağ" 0:3 hesablı məğlubiyyətin revanşında Zaqreb "Dinamo"sunu qəbul edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov rəqibə qarşı hansı sürpriz gedişlər edəcək?
Bu barədə danışan “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov deyib ki, "Qarabağ"ın işi çox çətin olacaq:
"Əsas məsələ təmkinlə, səbirlə oynamaqdır. Psixoloji hazırlığın ön planda olacağı qarşılaşmada rəqibin üstün və mənfi tərəfləri hər birimizə bəllidir.
Xüsusilə üçüncü zonada ediləcək basqı fonunda mərkəz müdafiəçiləri ilə yarımmüdafiə arasında ciddi problemlərlə üz-üzə qalırlar.
Məcbur olub, daha çox uzun ötürmələrə üstünlük verirlər. Ona görə də Ağdam klubunun stoperləri daha diqqətli tərpənib, rəqibə qarşı daha sıx oynamalıdır.
Boş zonalar yaradılarsa, işimiz çətin olacaq. Martin Baturina ilə mərkəzin bağlantısı kəsilməkdir.
Yenə də deyirəm, ancaq səbr, səbr və səbr!. Küyə gedilməməlidir.
Ancaq etiraf edək ki, möcüzəyə inanmıram, realist olmaq lazımdır. İşimiz çətin olacaq".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

