Qurban Qurbanov: "Biz yeni transferlər istəyirik, lakin…"

17 Yanvar 2021 11:00 Qarabağ 832
Qurban Qurbanov: "Biz yeni transferlər istəyirik, lakin…"

"Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qrubanova məxsusdur.

Təcrübəli mütəxəssis yeni transfer çalışmalarıyla bağlı problemlərin mövcudluğunu diqqətə çatdırıb:

"Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son 1 il ərzində bu, pandemiyaya görə daha da çətinləşib.

Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, aınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir".

Onun sözlərinə görə, indiyədək transferlər edə bilməmələrinin fərqli və bir çox səbəbi va: "Biz istəyirik, lakin özümüzdən asılı olmayan səbəblər var".

Digər Xəbərlər
Xəbər Lenti