«Qarabağ»ın sabiq kapitanı Maksim Medvedev məşqçilik həyatına atılıb.
Bu yay karyerasını bitirən müdafiəçi klubun akademiyasında işə başlayıb.
34 yaşlı Medvedev indi ilk addımlarını U-14 komandasında atır. O, Samir Musayevin köməkçisi olaraq çalışır.
Artıq Maksimin yeni fəaliyyət sahəsində özünü necə hiss etməsindən xəbərdarıq. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlar belə qənaətə gəlməyə əsas verir – Medvedev yetirməsi olduğu klubda yeni nəslin yetişməsinə kifayət qədər həvəsli və ciddi yanaşır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

