“Qarabağ”la bağlı əvvəl dediklərim öz təsdiqini tapdı”

22 Avqust 2024 03:00 Qarabağ 1 098
“Qarabağ”la bağlı əvvəl dediklərim öz təsdiqini tapdı”

“Dinamo”nun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matç barədə bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik.

Lakin rəqibimiz heç də zəif deyildi. “Qarabağ”la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı.

Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir.

60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik, lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik”.

“Qarabağ” və “Dinamo” arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti