Millimizin DÇ-2023:-də yer alacağı səbət - Burada Xorvatiya da var

20 Aprel 2021 20:40 Qadın futbolu 1 716
Millimizin DÇ-2023:-də yer alacağı səbət - Burada Xorvatiya da var

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq.

Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.

Dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?
29 Yanvar 03:20 “Liverpul”SOU - VİDEO