"Öz futbolumuzu oynaya bilmədik, bacarmadıq" - Yığmamızın rəqibinin çalışdırıcısı:

17 Noyabr 2021 00:20 Problem 659
"Öz futbolumuzu oynaya bilmədik, bacarmadıq" - Yığmamızın rəqibinin çalışdırıcısı:

Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrupda Serbiyaya (1:2) qarşı keçirdiyi oyunla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyəti bu cür şərh edib:

"Biz yaxşı başlamışdıq oyuna. Qolumuzu vurduq, daha sonra top saxlamağı bacarmadıq.

Tez-tez balansı itirirdik. Əslində, vingerlərimiz öz işlərinin öhdəsindən gələ bilmədilər. Öz futbolumuzu oynaya bilmədik".

Azərbaycanla eyni qrupda yer alan Portuqaliya və Serbiya komandalarının oyununda serblər qalib gələrək Qətərdə keçiriləcək Dünya çempionatına birbaşa vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı