6 aydan sonra Azərbaycana qayıdan futbol - VİDEO

30 Avqust 2020 20:40 Premyerliqa 953
6 aydan sonra Azərbaycana qayıdan futbol - VİDEO

Azərbaycanda bu ilin martında dayandırılan daxili futbol mövsümü ötən həftə bərpa olunub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada yeni sezonun ilk turu keçirilib.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən son ölkə çempionu “Qarabağ” “Sabah”ı qəbul edib. Komandalar bu oyuna qədər çempionatda 7 dəfə üz-üzə gəlmişdilər.

Bunların 4-də "Qarabağ" qələbə qazanmışdısa, 3 görüş heç-heçə başa çatmışdı. "Sabah" hələ ki, rəqibinə qalib gələ bilməmişdi. Elə bu oyunda da "Qarabağ" sevinən tərəf olub. Beləcə, son çempion yeni mövsümə də 3 xalla başlayıb.

"Keşlə" səfərdə "Sumqayıt"ı 1:0 məğlub edibsə, "Neftçi" evdə "Səbail"dən üstün olub – 2:1 “Qəbələ” evdə “Zirə” ilə üz-üzə gəlib. Geridə qalan mövsümdə sonuncu olan əyalət təmsilçisi yeni mövsümə uğurlu başlamaq arzusundaydı.

“Zirə” isə yeni baş məşqçisi Rəşad Sadıqovun debüt matçında sevinməyi hədəfləmişdi. Amma tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Turun icmalını təqdim edirik:

Xəbər Lenti