“Sabah”dan “Səbail”ə dərs!

27 Aprel 19:55 Premyerliqa 994
“Sabah”dan “Səbail”ə dərs!

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürüb.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail"ın duelində birincilər qələbə qazanıb - 2:0.

"Bank Respublika Arena"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.

Turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.

"Sabah" – "Səbail" 2:0

Qollar: Con İrasabal, 22, Cesse Sekidika, 39
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”

"Sabah": 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh
Baş məşqçi: Krunoslav Renduliç

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 55. Nir Bardea, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

Xəbər Lenti