COP29

“Araz-Naxçıvan”dan SÜRPRİZ!

29 Aprel 20:56 Premyerliqa 1 150
“Araz-Naxçıvan”dan SÜRPRİZ!

Bu gün Premyer Liqada 32-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

"Zirə" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətlə Bakı klubu 2-ci pilləyə yüksəlmək şansını itirib.

"Araz-Naxçıvan" isə bu qələbə ilə 8-ci pilləyə qalxıb.

Daha öncə "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i (2:0), "Kəpəz" "Qəbələ"ni (1:0), "Sumqayıt" "Qarabağ"ı (1:0) məğlub edib.

"Zirə" – "Araz-Naxçıvan" 0:1

Qol: İqor Rebeyro 89
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zirə İdman Kompleksinin stadionu.

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı
11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.

Digər Xəbərlər
Xəbər Lenti