COP29

“Real” 3 dəqiqəyə ÇL-də finala vəsiqə qazandı

9 May 01:10 Çempionlar Liqası 477
“Real” 3 dəqiqəyə ÇL-də finala vəsiqə qazandı

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” doğma meydanda “Bayern”i qəbul edib.

Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma son dəqiqələrdə dubl edən Xoselu İspaniya komandasını finala daşıyıb.

Xatırladaq ki, Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

“Real” finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub.

“Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1
Qollar
: Xoselu, 88; 90+1 – Alfonso Deyvis, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti