COP29

"Qarabağ" məğlub oldu, "Kəpəz" və "Neftçi"dən qələbə

28 Aprel 21:59 Premyerliqa 1 149
"Qarabağ" məğlub oldu, "Kəpəz" və "Neftçi"dən qələbə

Premyer Liqada 32-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 matç keçirilib.

Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə başa vuracağı rəsmiləşib və reqlamentə görə komanda elitanı tərk etməlidir.

Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. "Kəpəz" isə xallarını 34-ə çatdırıb və ən azı bir günlük də olsa, "Araz-Naxçıvan"ı qabaqlayaraq 8-ci yerə yüksəlib.

Turun digər görüşündə "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatb - 3:0.

Günün son qarşılaşmasında 28-ci turda çempionluğu rəsmiləşdirən "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Bu qələbədən sonra xallarını 50-ə çatdıran Samir Abasovun komandası "Zirə"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Ancaq "Zirə"nin sabah "Araz-Naxçıvan"la oyunu var.

28 aprel (bazar)

15:30. “Qəbələ” – “Kəpəz” 0:1

Qollar: Martins Junior, 7

"Qəbələ": 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

"Kəpəz": 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 13. Fərid Kələntərov, 26. Adama Niane

Baş məşqçi: Adil Şükürov

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz” 3:0

Qollar: Filip Ozobiç 15, Yuri Matias 31(p), Rəhman Hacıyev, 70(p)

Qırmızı vərəqə: Brunao 62

Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 20. Alfa Konte

“Turan Tovuz”: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 21. Aleks Souza

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 80. Otto Con

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”

20:00. “Sumqayıt” –“ Qarabağ” 1:0

Qollar: Roi Kehat, 74

"Sumqayıt": 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Məşqçi: Mübariz Orucov

“Qarabağ”: 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.H. adına Sumqayıt şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 32 23 4 5 85-32 73
2 Sumqayıt 32 13 11 8 33-34 50
3 Neftçi 32 14 8 10 43-33 50
4 Zirə 31 13 10 8 29-19 49
5 Sabah 32 14 7 11 46-38 49
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 32 11 9 12 47-47 42
8 Kəpəz 32 9 7 16 37-59 34
9 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
10 Qəbələ 32 4 5 23 23-61 17

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

Xəbər Lenti