
İsrailin Nof-ha-Qalil “Hapoel”inin hücumçusu Mateus Lima Kruz karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, braziliyalı forvarda Premyer Liqa təmsilçiləri ilə yanaşı, Türkiyədən də təklif var. K
onkret olaraq “Kayserispor” “canavar” ləqəbli oyunçu ilə danışıqlar aparır. Həmkarlarımızın yazdığına əsasən, Mateus özü də Türkiyəyə köçməyə müsbət yanaşır və Kayseri təmsilçisi ilə anlaşmaq niyyətindədir.
“Hapoel” hücumçusunu 250 min avroya satmaq niyyətindədir. Ancaq “Kayserispor” futbolçunu heyətinə pulsuz cəlb etməyi planlaşdırır.
Onlar “Hapoel”in Mateusa olan borcu qarşılığında forvarddan müqaviləni pozmağı tələb edib.
Cari mövsümün ilk dövrəsini icarə əsasında Rişon-le-Tsion “Makkabi”sində keçirən Mateus Lima Kruz 17 oyunda 8 qol vurub.