Azərbaycan idmançısına arxadan təpik vurdu, fitə basıldı - QALMAQAL YADADAN VİDEO

8 Avqust 2024 09:00 Paris-2024 11 028
Azərbaycan idmançısına arxadan təpik vurdu, fitə basıldı - QALMAQAL YADADAN VİDEO

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan taekvondoçusu Qaşım Maqomedov finalda Cənubi Koreya təmsilçisi Park Tae-Juna məğlub olub.

Sportinfo.az xəbər verir ki, təmsilçimizin uduzmasında onun həlledici qarşılaşmanın əvvəlində zədələnməsi də rol oynayıb.

Qaşım zədələsi olmasına baxmayaraq, əzmkarlıq göstərib və görüşü sona qədər davam etdirib.

Ancaq görüşün ikinci hissəsində cənubi koreyalı taekvandoçu idman prinsiplərinə tüpürüb. O, onsuz da zədəli və məğlub durumda olan Maqomedova yıxıldığı anda zərbələr endirib.

Sonda Olimpiya çempionu olan Park Tae-Junun bu davranışı zaldakı tamaşaçıların onu fitə basması ilə nəticələnib.

Həmin anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!