“Neftçi” şəxsi maraqların güdazına gedir” – Avropada çalışan baş məşqçi dilə gəldi

27 Fevral 2023 14:40 Neftçi 1 350
“Neftçi” şəxsi maraqların güdazına gedir” – Avropada çalışan baş məşqçi dilə gəldi

“Neftçi”nin problemi illərdir təkrarlanan eyni səhvlərdədir.

Məncə, “Neftçi” şəxsi maraqların güdazına gedir”.

2010-2012-ci illər aralığında “Neftçi”nin formasını geyinmiş Slavço Georgievski Sportinfo.az-a açıqlamasında vaxtilə rənglərinə könül verdiyi klubun hazırda düşdüyü durumdan söz açıb.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan və hazırda “Skopye”nin baş məşqçisi olan sabiq “6 nömrə” bakılıların üzləşdiyi duruma görə günahı rəhbərlikdə görür.

“Komanda uduzanda günahkar rəhbərlik yox, baş məşqçi olur. Bu, birmənalıdır. Mən baş məşqçi olaraq filan futbolçunu istəmişəmsə və rəhbərlik də komandaya cəlb edibsə, məsuliyyət mənim üzərimdədir.

Bu gün “Skopye” uduzanda günahı üstümə götürürəm. Bəs baş məşqçini gətirən kimdir?

Qarşısına hansı öhdəliklər qoyulur? Niyə hər dəfə mövsümlərarası fasilədə kütləvi dəyişikliklər yaşanır?

Suallar çoxdur, amma yenə deyirəm, “Neftçi” şəxsi maraqların “qurbanına” çevrilib”.

Slavço Georgievski 2012-2015-ci illər aralığında formasını geyindiyi “Neftçi”də 2 dəfə Azərbaycan çempionu olub.

Makedoniyalı yarımmüdafiəçi 2012-2015-ci illərdə digər paytaxt təmsilçisi “İnter”də oynayıb (indiki “Şamaxı”).

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!