"Neftçi"nin yeni ismi: "Qarabağ"ın izləmişəm, analiz etmişəm, bilirəm ki…"

26 Fevral 2023 09:00 Neftçi 1 365
"Neftçi"nin yeni ismi: "Qarabağ"ın izləmişəm, analiz etmişəm, bilirəm ki…"

"Neftçi"nin hücumçusu Mateus Saldanya klubun "yutub" kanalına danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyundan gözləntilərini bildirib.

- "Qarabağ"la matça hazırlıq necə davam gedir?
- Həftəboyu üzərimizdə yaxşı işləmişik. "Qarabağ"la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq komandaya xeyirli olacam. Bu matçda qələbə qazanmağa çalışacağıq.

- Dörd oyunda iki qol vurmusan. "Qarabağ"la derbi oyununda fərqlənəcəyinə inanırsan?
- Əlbəttə. Vurduğum qollardan sonra özümə çox inanıram. Ümid edirəm ki, "Qarabağ"la oyunda da qol vuraram. O da alınmasa, ən azından assist edib komandaya xeyirli oyunçu olaram.

​- "Qarabağ"ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqları olduğunu özün üçün müyyən etmisən?
- "Qarabağ"ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. Özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

Digər Xəbərlər
Xəbər Lenti