“Neftçi”yə gəldi, iştahı artdı: “Qarabağ”a qol vurmaq, iz qoymaq istəyirəm”

25 Fevral 2023 00:40 Neftçi 924
“Neftçi”yə gəldi, iştahı artdı: “Qarabağ”a qol vurmaq, iz qoymaq istəyirəm”

“Qarşıdakı oyunda “Qarabağ”a qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin braziliyalı forvardı Mateus Saldanya Premyer Liqanın XXIV turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Paytaxt klubuna qış fasiləsində transfer olunan və ikinci yarının ilk 4 oyununda 2 qol vuran 24 yaşlı hücumçu bunun davamını gətirmək arzusundadır:

“Həftəboyu üzərimizdə yaxşı çalışırıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu matçda da qol vuraraq komandama xeyir verəcəyəm.

Vurduğum qollardan sonra özümə inamım artıb. Bu da alınmasa, ən azı assist edərək komandama kömək olmağa çalışacağam”.

Saldanya rəqibin matçlarına baxdığını sözlərinə əlavə edib:

“Qarabağ”ın son oyunlarını izləmişəm. Özlüyümdə analiz eləmişəm, onlara qarşı necə oynamaq lazım olduğunu bilirəm”.

Fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!