“Qarabağ”a qalib gələ bilərik” - Bu sözlər “Neftçi”dən deyildi

24 Fevral 2023 22:40 Neftçi 565
“Qarabağ”a qalib gələ bilərik” - Bu sözlər “Neftçi”dən deyildi

“Düşünürəm ki, səfərdə yaxşı oyun nümayiş etdirib, “Qarabağ”a qalib gələ bilərik”.

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiç Premyer Liqanın XXIV turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

28 yaşlı kiper “Qarabağ”la matçın derbi olduğunu söyləyib. Dörd oyundur qol buraxmadığını xatırladan Brkiç uğurlu seriyanı davam etdirmək arzusunda olduğunu əlavə edib:

“Əvvəlki oyunlara necə, bu görüşə də o cür hazırlaşmaq lazımdır. Öz gücümüzü bilirik.

“Neftçi”yə gələndən bəri ilk dəfədir uğurlu seriya yaxalamışam. Dörd oyundur ki, eyni heyətlə çıxış edirik

. Bu, komandaya müsbət təsir göstərir, meydanda bir-birimizi daha yaxşı başa düşürük.

Ardıcıl dörd görüşdə qol buraxmamağım təkcə mənim yox, müdafiə xəttinin və bütün oyunçuların uğurudur. Ümid edirəm ki, bu seriyanı qoruyub saxlaya biləcəyik”.

Fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!