Gürcü balasına qurban verilən "Neftçi" yetirmələri - SİYAHI

24 Fevral 2023 23:00 Neftçi 38 980
Gürcü balasına qurban verilən "Neftçi" yetirmələri - SİYAHI

"Neftçi"nin ötən yay heyətinə qatdığı əcnəbi futbolçulardan biri də Vato Arveladze oldu.

Gürcüstan millisinin sabiq üzvü böyük ümidlərlə Bakıya dəvət olunmuşdu.

Amma arxada qalan yarımildən artıq müddət həmin ümidlərin puç olmasını isbatlamaq üçün yetərli oldu. Hələ artıq oldu...

Bu müddətdə 14 görüşdə forma şansı qazanan 24 yaşlı futbolçu yalnız bir asistlə yadda qalıb.

14 oyunda vur-tut 284 dəqiqə meydanda olub. Orta hesabla hər oyuna 20 dəqiqə.

Və həm dəqiqələrin əksəriyyəti "Neftçi"nin taleyini həll etdiyi oyunlara təsadüf edir. Sonradan meydana çıxıb və final fitini gözləyib.

Nə gərginlik görüb, nə də çətin anda komandasının dadına çatıb.

Sanki Arveladze üçün kimlərsə yaxşı sivi düzəldir. Baxın, Azərbaycan ən yaxşı klubunda 14 oyun keçirib. Əks halda, 3:0 öndə olduğun oyunlarda ona niyə şans verilsin ki?

Başa düşümürəm, bu klub hansısa gürcünün yetişdirilməsi üçün fəaliyyət göstərir? Yoxsa təqdimat materialı yığılsın deyə təcrübə poliqonudur?

Olmaz ki, elə həmin dəqiqələr "Neftçi"nin öz yetirmələrinə verilsin?

Məsələn, 18 yaşlı Ağadadaş Salyanski üst-üstə 48 dəqiqə yox, 348 dəqiqə oynasın.

21 yaşlı Vüsal Əsgərov cəmi 92 dəqiqə yox, 392 dəqiqə əsas komandanın ruhunu hiss etsin.

20 yaşlı Ramin Nəsirli 1 dəqiqə yox, barı 100 dəqiqə sevimli klubunun əsas komandasına meydana çıxsın.

18 yaşlı Rüfət Abbasova 70 yox, 270 dəqiqə şans verilsin.

Həm hər biri daha gəncdir, həm də yetişib sabah ölkəmizə qalacaq, millimizə xidmət edəcəklər.

Sizin bəslədiyiniz arveladzelərdən fərqli olaraq...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu