“Real”ın ulduzu Azərbaycan millsi ilə oyuna gəlməyəcək

24 Fevral 2023 00:40 Neftçi 602
“Real”ın ulduzu Azərbaycan millsi ilə oyuna gəlməyəcək

Avstriya yığmasının kapitanı David Alaba bir ay müddətinə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin formasını geyindiy “Real Madrid” məlumat yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la görüşdə zədələnən ulduz futbolçuda sağ bud əzələ yırtığı aşkarlanıb. Alaba bir ay ərzində “kral klubu”na kömək edə bilməyəcək.

Avstriyalı oyunçu böyük ehtimalla AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü də buraxacaq.

Avstriya – Azərbaycan matçı martın 24-də Lins şəhərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!